Ayətullah Xamenei başsağlığı verib
Ali Rəhbər Ayətullah Seyyid Əli Xamenei iqtisadi fiqh mütəxəssisi alim mərhum höccətül-islam Seyid Abbas Musəviyanın vəfatı münasibətilə başsağlığı verib.
Maide.Az “leader.ir” saytına istinadən xəbər verir ki, Ali Rəhbər Ayətullah Xameneinin başsağlığı mesajında bildirilir: "İnna lillah və inna ileyhi raciun" "Mərhəmətli və Bağışlayan Allahın adı ilə. Cənab höccətül-İslam Seyid Abbas Müsəviyanın vəfatı münasibətilə onu sevən, xüsusi ilə yaxınlarına, ailəsinə və şagirdlərinə başsağlığı deyirəm. O mərhum iqtisadi fiqh sahəsində, İslami bankçılıq və fiqhin digər iqtisadi məsələlərində mütəxəssis idi və onun olmaması itkidir. Uca Yaradandan o mərhum üçün rəhmətini və ən yüksək dərəcələri verməsini və yaxınlarına səbr diləyirəm!" Qeyd edək ki, höccətül-islam Musəviyan bu gün səhər 60 yaşında vəfat edib. Oxşar xəbərlər
|