Livan hökuməti istefa verdi. Baş nazir xalqa müraciət edəcək
Mьəllif: admin1
Tarix: 10-08-2020, 22:57
Bцlmə: Xəbərlər
Livan hökuməti istefa verdi. Baş nazir xalqa müraciət edəcək
Livanın xəbər mənbələri bu gün (10 avqust) Livan hökumətinin istefa verdiyini bildirib.

Deyerler.org xəbər verir ki, “Al-Nashra” saytı xəbər verir ki, Livanın səhiyyə naziri Hamad Həsən Nazirlər Kabinetinin iclasından sonra Livan hökumətinin istefa etdiyini açıqlayıb.

Əl-Cəzirə xəbər saytı Livandakı müxbirinə istinadən verdiyi məlumata görə, Livanın baş naziri Həsən Diyab yaxın vaxtlarda istefa verəcəyini elan edəcək.

Əl-Cəzirə, həmçinin Həsən Diyabın Livan vaxtı ilə 19:30-da (Bakı vaxtı ilə 20:00-da) çıxış edəcəyini bildirib.

Al-Manar informasiya saytı da Livanın baş nazirinin saat 19:30-da ictiamiyyətə müraciət edəcəyini xəbər verib. Saytda gedən əvvəlki xəbərdə isə, Həsən Diyabın yaxın vaxtlarda baş nazir vəzifəsindən istefa verəcəyi qeyd olunub.

Məlumatlı siyasi mənbələr bu gün Livanın Cümhuriyyət qəzetinə bildiriblər ki, Livanın baş naziri Həsən Diabın istefası üçün təzyiqlər iki tərəfdən (küçə etirazlarının güclənməsi və bir sıra nazirin istefası) edilir.

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031