Livanda etirazçılar hökumətin istefası ilə kifayətlənmir
Livanlılar hökumətin buraxılmasından sonra erkən seçkilər keçirərək, parlamentin dəyişməsini istəyiblər.
Etirazçılar son aksiyalarla parlamentə təzyiq göstərməyə çalışdıqlarını bildiriblər. Onlar parlament sədri Nəbih Bərri başda olmaqla bütün millət vəkilləri istefa verənə qədər etirazlarını parlament binası ətrafında davam etdirəcəklərini, yeni bir idarəetmə istədiklərini və buna görə keçmiş Baş Nazir Saad əl-Həririnin yenidən hökuməti ələ keçirməsinə icazə verməyəcəklərini bildiriblər. Artıq xalqın hər şeydən xəbərdar olduğunu ifadə edən etirazçılar erkən seçkinin olub-olmamasından asılı olmayaraq, yeni seçki qanunu istədiklərini bildiriblər.(eastnews.org) Oxşar xəbərlər
|