Beyrutda baş verən partlayışın əsas səbəbi açıqlandı
Mьəllif: admin1
Tarix: 11-08-2020, 15:27
Bцlmə: Xəbərlər
Beyrutda baş verən partlayışın əsas səbəbi açıqlandı
Beyrutdakı partlayışın əsas səbəbi açıqlanıb.

İstintaqın gedişatı ilə tanış olan mənbələrdən RİA "Novosti"yə verilən məlumata görə, Beyrut limanında baş verən partlayışla əlaqədar istintaq faciəyə səbəb bütün ehtimal olunan variantları nəzərdən keçirir.

Agentliyin həmsöhbətlərinin sözlərinə əsasən, istintaq ammonium nitrat dəstəsinin saxlanma təhlükəsi ilə bağlı yazılı bildirişlərə baxmayaraq, buna davam edilməsinin səbəblərinə köklənib.

"Ən çox ehtimal olunan variant cəmiyyətdəki korrupsiya ilə birbaşa əlaqəli səhlənkarlıqdır. Xüsusilə ardıcıl dəyişən Livan hökumətləri yeddi ildən çoxdur Beyrut limanında saxlanan təhlükəli ammonium nitrat dəstəsindən qurtulmağa çalışmamaları fonunda", - deyə istintaqa yaxın mənbə bildirib.

Onun sözlərinə görə, hazırda bütün məlumatlar Beyrut limanına kimyəvi maddələrin gətirilməsinin siyasi məqsədlər güdmədiyini göstərir.

Mənbələrə görə, ammonium nitratın "Hizbullah"a və ya Suriyadakı silahlı qruplara göndərildiyi barədə məlumat yoxdur.

Bununla belə, RİA "Novosti" müxbirinin danışa bildiyi mənbələr partlayış və ya hava hücumu versiyasını da istisna etməyib, lakin bu versiya Livan hakimiyyətinin əcnəbi tərəflərdən əldə etməyə çalışdığı aerofotoşəkillərlə təsdiqlənməlidir.

İstintaqın gedişatı ilə tanış olan başqa bir mənbəyə görə, partlayış əvvəl ammonium nitratın alovlanması ilə baş verib.
(eastnews.org)



Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031