Ruhanidən BƏƏ-yə sərt xəbərdarlıq
İran Prezidenti Həsən Ruhani Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və İsrail rejimi arasındakı razılaşmaya münasibət bildirib və BƏƏ-ni "səhvindən dönməyə" səsləyib.
İran dövlət televiziyasının verdiyi məlumata görə, Koronavirusla Milli Mübarizə Şurasının iclasında çıxış edən Ruhani "Biz onlara xəbərdarlıq edirik. Bölgədə İsrail üçün yer yaratmayın. Əks təqdirdə fərqli bir cavab alacaqsınız", - deyib. Razılaşmanın böyük bir səhv və xəyanət olduğunu vurğulayaraq, "Ümid edirəm ki, xəbərdarlıqları dinləyib səhv yoldan dönəcəklər", - deyə Ruhani bildirib. (eastnews.org) Oxşar xəbərlər
|