ABŞ Suriya ordusunun müqavimət nöqtəsini vurdu
Suriya dövlət televiziyasının verdiyi məlumata görə, ABŞ-ın pilotsuz təyyarə ilə Qamışlı yaxınlığında həyata keçirdiyi hücumu nəticəsində Suriya ordusundan bir əsgər həyatını itirib, iki əsgər yaralanıb.
Deyerler.org Almasdarnews-a istinadən xəbər verir ki, Al-İkhbariya televiziyasının xəbərinə əsasən, Suriya ordusuna aid bir müqavimət nöqtəsi ABŞ pilotsuz təyyarəsi ilə Qamışlının cənub-şərqindəki Təl Əl-Zahab yaşayış məntəqəsinə hücum edilib. Hücum nəticəsində bir suriyalı əsgər şəhid olub, 2 əsgər yaralanıb. Hücumun Suriya əsgərlərinin işğalçı ABŞ patrulunun keçməsinə icazə verməkdən imtina etməsindən sonra edildiyi bildirilib. Oxşar xəbərlər
|