Suriya İsrail rejiminin Hələbə raket hücumunu dəf etdi
Mьəllif: admin1
Tarix: 11-09-2020, 22:19
Bцlmə: Xəbərlər
Suriya İsrail rejiminin Hələbə raket hücumunu dəf etdi
Suriya mediası ölkənin hava hücumundan müdafiə sistemlərinin Hələb şəhəri yaxınlığında yerləşən Əl-Safira bölgəsinə raket hücumunu dəf etdiyini bildirib.

Deyerler.org SANA-ya istinadən xəbər verir ki, Suriyanın Al-İkhbariya telekanalı bu gün (11 sentyabr) səhər ölkənin hava müdafiəsinin Hələb yaxınlığında düşmən hücumu ilə qarşılaşdığını bildirib.

Xəbərdə hücumun İsrail rejiminin təyyarələri tərəfindən həyata keçirildiyi və Suriyanın hava müdafiəsinin hədəfi vurmadan əvvəl bir neçə raketi məhv etdiyi bildirilir.

Suriya Müdafiə Nazirliyindəki bir mənbə isə, Suriya mediasına verdiyi müsahibədə hücumu təsdiqləyib və sionist rejimin Hələbin kənarındakı bölgələrə hava hücumları etdiyini söyləyib.

Sionist rejimin bir çox raket atdığını, bunların çoxunun Suriya hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edildiyini bildirib.

Sionist rejim Suriyadakı terror qruplaşmalarına dəstək siyasətinə uyğun olaraq vaxtaşırı Suriya ərazisindəki bölgələrə hücum edir.

Sionist rejimin bundan əvvəlki hücumunu 4 sentyabr səhər reallaşdırmış və Əl-Tanf bölgəsindən “Tifur” hava limanına (T4) doğru bir neçə raket atmışdı.

Suriya hökuməti dəfələrlə İsrail rejiminin və onun regional və qərb müttəfiqlərinin Suriya hökumətinə qarşı mübarizə aparan təkfirçi terror qruplarını dəstəklədiyini bildirib.


Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031