İraqda ABŞ kəşfiyyatçılarının maşınına hücum oldu
Sentyabrın 15-i İraqda ABŞ kəşfiyyat xidmətinə məxsus maşın yol kənarında bomba ilə hədəfə alınıb.
Deyerler.org Farsnews-a istinasdən xəbər verir ki, yerli mənbələr dünən (15 sentyabr) İraqda MKİ-yə məxsus maşına hücum edildiyini bildiriblər. Sabree News xəbər verir ki, Saraya Əl-Muntaqim müqavimət qrupu Viktoria bazası yaxınlığında bir MKİ maşınına yol kənarındakı bombalarla hədəfə aldı. Xəbərdə tələfat barədə məlumat verilməyib. Bəzi mənbələr Bağdaddakı Viktoriya bazasına gedərkən vurulan ABŞ kəşfiyyat maşınında 3 kəşfiyyat zabitinin öldüyünü iddia edir. Ancaq İraqdakı Böyük Britaniya səfirliyi belə bir bəyanat verib: “Bağdadda diplomatlarımızı daşıyan maşına bombalı hücumu oldu. Diplomatlarımız hücumdan xəsarət almadan xilas oldu”. İraqdakı Milli Hikmət hərəkatının lideri Seyid Əmmar Əl-Həkim bu gün Bağdaddakı Britaniya diplomatlarına edilən hücumu qınayıb. Oxşar xəbərlər
|