Kərbəla qapılarını zəvvarlara açdı - Ərbəin təhlükəsizlik planının təfərrüatları
Kərbəla qapılarının İmam Hüseynin (ə) Ərbəin zəvvarlarını qarşılamaq üçün açıldığı elan olunan kimi, təhlükəsizlik komandirləri Əl-Həşduş Şəbi (Xalq Səfərbərlik) qüvvələrinin dəstəyi ilə Ərbəin ziyarətinin təhlükəsizliyini təmin etmək üçün xüsusi plan hazırladıqlarını elan ediblər.
Deyerler.org Al-Kafeel-ə istinadən xəbər verir ki, bu plan səfər ayının əvvəlindən başlayır və ayın 21-də sona çatır. Plana görə səfər ayı gələn kimi Kərbəlaya əlavə qüvvələr girəcək. Kərbəla vilayəti planı çevik şəkildə həyata keçirmək məqsədi ilə dörd oxa bölünəcək: şimal, cənub, qərb və şərq. Kərbəla əməliyyatlarının komandiri general-mayor Əli Əl-Haşimi dünən (16 sentyabr) gecə İmam Hüseynin (ə) müqəddəs ziyarətgahında təşkil olunan təhlükəsizlik konfransında bunları deyib: “Plan Kərbəla Əməliyyat Komandanlığı, Ordu Polisi və Hava Qüvvələri Komandanlığının təhlükəsizlik komandirləri və Əl-Həşduş Şəbi Qüvvələri tərəfindən hazırlanmışdır”. Əl-Haşimi İraqın baş qərargah rəisinə zəvvarların Kərbəlaya keçməsini asanlaşdırmaq və beton körpüdəki hissələrin hərəkətini asanlaşdırmaq üçün Əl-Musəyyib şəhərində üzən bir körpü qurulması üçün müraciət edib. Digər tərəfdən, İraqın baş qərargah rəisi general-polkovnik Əbdüləmir Rəşid Yarallah bu layihənin uğurlu olması üçün bütün təhlükəsizlik, tibbi və mühəndis ehtiyaclarının qarşılanacağını vurğulayıb. Yarallah Ərbəin ziyarətinin təhlükəsizliyini təmin etmək üçün bütün sahələrdə əməkdaşlıq yolu ilə Əl-Həşdu Şəbi qüvvələrinin böyük və təsirli rolunu təqdir edib. Əl-Abbas həbrbi briqadası (Əl-Həşduş Şəbinin 26-cı diviziyasının qüvvələri) də 5000 könüllünün Ərbəin layihəsində iştirak edəcəyini elan edib və girişlərdə zəvvarları yoxlamaq üçün Kərbəla oxunda yerləşəcəklərini bildirib. Məlumata görə, Əl-Həşduş Şəbi qüvvələri koronavirusa yoluxma səviyyəsini azaltmaq üçün zəvvarların getdiyi marşrutları mütəmadi dezinfeksiya edəcək. Oxşar xəbərlər
|