BMT baş katibi İrana qarşı sanksiyalardan imtina etdi
Mьəllif: admin1
Tarix: 21-09-2020, 10:22
Bцlmə: Xəbərlər
BMT baş katibi İrana qarşı sanksiyalardan imtina etdi
BMT-nin baş katibi Antoniu Quterreş ABŞ-ın sorğusu üzrə 2 231 qətnamə çərçivəsində İrana qarşı sanksiyaları bərpa etməkdən imtina edib.

Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.

Quterreşin sözlərinə görə, BMT Təhlükəsizlik Şurasında bu məsələ üzrə müəyyənliklər yoxdur.

"Təhlükəsizlik Şurasının əksər üzvləri şura sədrinə məktubun (ABŞ Dövlət Katibi Mayk Pompeo tərəfindən göndərilib) 2 231 saylı Qərarın 11-ci bəndinə uyğun bildiriş olmadığını yazdılar", - o deyib.

Eyni zamanda, Təhlükəsizlik Şurasının rəhbərliyi avqustda və sentyabrda məhdudiyyətlərin bərpasına qarşı olduqlarını bildiriblər.

BMT baş katibi xatırladıb ki, şura üzvlərinin əksəriyyəti məktublarda ABŞ-ın daha İranla nüvə sazişinin iştirakçısı olmadığını nəzərə alaraq, sanksiyaların bərpasına qarşı çıxıblar.

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031