İraq müqaviməti yenə ABŞ səfirliyinə və hərbi karvanına hücum etdi
İraq mediası Bağdadda Yaşıl Zonanın bu gün (22 sentyabr) səhər minaatanların hədəfinə çevrildiyini bildirib.
Deyerler.org xəbər verir ki, Sabereen News-un məlumatına görə, Bağdadda ABŞ səfirliyi kompleksindəki Union-III hərbi bazasına səhər saatlarında 3 minaatan mərmisi atılıb. Səfirlikdəki C-RAM hava hücumundan müdafiə sisteminin işləmədiyi bildirilib. Hücumun başlanğıc nöqtəsinin Əl-Karada bölgəsi olduğu bildirilən açıqlamada, hücumun heç bir tələfat və maddi itkiyə səbəb olmadığı qeyd edilib. Dünənin son saatlarında İraq mənbələri, İraqın şimalındakı Səlahəddin əyalətindəki Əl-Ducəil şəhərində ABŞ-ın bir təçhizat karvanının hədəfə alındığını bildirib. Al-Hadath-ın müxbiri hərbi karvanın Səlahəddin vilayətindəki Samirra bölgəsindən çıxarkən hədəfə alındığını bildirib. Sabereen News kanalı bəzi mənbələrə istinadən karvanın “çox həssas” materiallar daşıdığını bildirib. Daha bir mənbə karvanın Əl-Ducəildən beş kilometr məsafədə, Samirra istiqamətindəki Cassim Əl-Qais nəzarət-keçid məntəqəsi yaxınlığında hədəfə alındığını bildirib. Oxşar xəbərlər
|