Yəmənli uşaqlar əbədi təhsilsiz qala bilərlər
Yəmənli mütəxəssislər 6 ildir müharibənin davam etdiyi ölkədə təhsil sisteminin vəziyyətini açıqlayıb.
Maide.Az xəbər verir ki, Sputnik-ə danışan yəmənli mütəxəssislər, Yaxın Şərqin yoxsul ölkələrindən biri olan Yəməndə Səudiyyə rejiminin 6 ildir davam etdirdiyi işğalçı müharibənin təhsil sistemini hansı vəziyyətə saldığını izah edib. Yəmən Milli Qurtuluş Hökumətindəki təhsil nazirinin müavini İsmayıl Zeidan ölkədə təhsilin ilk növbədə müharibədən əziyyət çəkdiyini bildirib: “Uşaqlar böyüklərin silah oyunlarının günahsız qurbanına çevrilir. Bunun üzərinə bir çox məktəbdə müəllimlər altı ildir uşaqlarla maaşsız işləyirlər ki, bu da əsl qəhrəmanlıq nümunəsidir. Bir çox məktəb fəaliyyətini adi qaydada davam etdirə bilmir. Blokada səbəbi ilə dövlət təhsil sisteminə pul ayıra bilmir və bu məktəblərə heç bir şəkildə dəstək ola bilməz, buna görə bütün problemlər uzanaraq, davam edir”. Bombardman nəticəsində məktəblərin dağıdılması nəticəsində təxminən 3,5 milyon uşağın məktəbi tərk etməli olduğunu qeyd edən Zeidan, koronavirus epidemiyasının bu sayı ciddi artıra biləcəyini vurğulayıb: “Beləliklə, bu uşaqlar əbədi təhsilsiz qala bilər, buna görə də növbəti onillər ərzində təhsil sistemini baltalamış olacağıq”. Yəmən İnformasiya Nazirliyinin müşaviri Qassem Saleh isə belə danışıb: “Ölkəmizin bu və ya digər yerlərində uşaqlar münaqişə başlayandan bəri məktəbdən məhrum ediliblər. Bu il vəziyyət daha da mürəkkəbləşdi. Koronavirus pandemiyası həm məktəblərdən, həm də şagirdlərdən və müəllimlərdən lazımlı tədbirlərin icrasını tələb edir. Bütün mövcud siyasi, sosial və iqtisadi problemlərə baxmayaraq, uşaqların təhsil müəssisələrinə gəlməyini təmin etməyə çalışırıq”. Yəmən Müəllimlər Birliyinin sədri Vədah Səid Muhamməd də, dağılmayan məktəblərdəki siniflərin inanılmaz dərəcədə sıx olduğunu bildirib: “Müharibə illərində müəllimlərin sayında kəskin azalma oldu. Əlbəttə ki, yeni mütəxəssislər cəlb etməyə yerimiz yoxdur. Buna görə sinifləri doldurmaqla yanaşı, normadan bir neçə dəfə daha böyük etmək lazımdır. Bir çox təhsil müəssisəsinin binaları dağıldı və uşaqlar faktiki olaraq açıq havada işləmək məcburiyyətində qalıblar. Kifayət qədər dərslik və dəftərxana ləvazimatı yoxdur”. O, həmçinin əlavə edib ki, bu cür məhsullar 2011-ci ildən bəri Yəməndə istehsal olunmur. Yəmənin Əd-Dali vilayəti Təhsil Şöbəsinin müdir müavini Abdəl Qavi Əl-Maliqi vilayətdə 480 məktəb olduğunu və şagirdlərin sayının 200 min olduğunu qeyd edib: “Hələ müəllimləri saymamışıq, amma tədris ilinin ortalarında əksəriyyəti kədərli şəkildə yox olacaq. Koronavirus epidemiyası artıq onsuz da gərgin olan təhsil vəziyyətini uçuruma aparır”. Oxşar xəbərlər
|