Ərdoğan: “Sülh yalnız Ermənistanın Qarabağı tərk etməsindən sonra ola bilər”
Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan dünən (27 sentyabr) Azərbaycan ərazilərinə hücum edən Ermənistanı bir daha qınadığını, Azərbaycanın yanında olduğunu bildirib.
Deyerler.org Anadolu-ya istinadən xəbər verir ki, Ərdoğan İstanbulda təşkil olunan Beynəlxalq Dənizçilik Qanunu və Şərqi Aralıq dənizi Simpoziumunun açılışında çıxış edib. Ərdoğan bir daha Ermənistanı qınadığını qeyd edərək, Türkiyənin Azərbaycanın yanında olmağa davam edəcəyini vurğulayıb. Ərdoğan Şərqi Aralıq dənizindəki inkişaflarla əlaqədar bunları deyib: “Türkiyə Aralıq dənizində gərginlik yox, sülh və əməkdaşlıq, haqq və ədalət tərəfdarıdır. Problemləri bir-birimizi kənarlaşdırmaqla yox, bölgədəki aktyorları eyni masaya toplayaraq, həll edə bilərik. Aralıq dənizini yenidən bir barış hövzəsinə çevirək”. Ərdoğanın açıqlamaları belədir: “Sözlərimin əvvəlində dünən Azərbaycan torpaqlarına hücum edən Ermənistanı bir daha qınayıram. Türkiyə bütün imkanları və bütün qəlbi ilə dost və qardaş Azərbaycanın yanında olmağa davam edəcək. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını dərhal tərk etməklə bölgə yenidən sülh və əmin-amanlığa qovuşacaq. Bölgədəki Dağlıq Qarabağın işğalı ilə başlayan böhrana son qoyulmalıdır. ABŞ-Rusiya-Fransa adlandırılan “Minsk Üçlüyü” bu problemi 30 ildir həll etmir. Bu problemi həll etməmək üçün demək olar əllərindən gələni etdilər. Artıq hesab vaxtı gəldi deyən Azərbaycan, öz göbəyini özü kəsməyə məcbur olmuşdur. Burada bir Türkiyə hərbçisi var, Türkiyə silah daşıyır sualını verirlər. Əliyev sanki bunlara hesab verəcək. 30 ildir problemi həll etmirlər. İndi məsləhət verirlər. Proseslər bölgədəki nüfuzu olan bütün ölkələrə real və ədalətli həll üsullarını tətbiq etmək imkanı verdi”. Oxşar xəbərlər
|