Aİ Ermənistan və Azərbaycanı atəşi dayandırmağa çağırıb
Avropa Şurasının sədri Şarlz Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışıqları aparıb.
Mişel Dağlıq Qarabağ münaqişəsi zonasında atəşi dərhal dayandırmağa çağırıb. Siyasətçi bu barədə "Twitter" səhifəsində məlumat verib. Mişel, Dağlıq Qarabağda gərginliyin artması ilə bağlı "dərin narahatlığını" ifadə edib və "şiddət tətbiq edilməsini kəskin şəkildə pisləyib". "Razılığa gəlməyin yeganə yolu danışıqlardır", Mişel yazıb. Avropa Şurasının rəhbəri münaqişənin həlli üçün ATƏT-in səylərini dəstəklədiyini bildirib. Mişel mülki şəxslərin qorunması üçün təbdirlər görməyə çağırıb. (İnterAz) Oxşar xəbərlər
|