Putin, Tramp və Makron Qarabağla bağlı birgə bəyanat verib
Rusiya prezidenti Vladimir Putin, ABŞ prezidenti Donald Tramp və Fransa prezidenti Emmanuel Makron Ermənistan-Azərbaycan təmas xəttində silahlı qarşıdurma ilə bağlı birgə bəyanat yayıblar.
“Report” xəbər verir ki, bu barədə “RİA Novosti”i məlumat yayıb. Liderlər bəyanatda tərəfləri atəşkəs rejimini, həmçinin şərt irəli sürmədən danışıqları bərpa etməyə çağırıblar. V.Putin, D.Tramp və E.Makron döyüşlər nəticəsində ölənlərin yaxınlarına başsağlığı veriblər, yaralılara isə şəfa diləyiblər. *** ABŞ prezidenti Donald Tramp, Rusiya prezidenti Vladimir Putin və Fransa prezidenti Emmanuel Makron Qarabağdakı vəziyyətlə bağlı birgə bəyanat verəcəklər. Axar.az xəbər verir ki, bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bildirib. Oxşar xəbərlər
|