DÜNYA ƏHLİ-BEYT (Ə) CƏMİYYƏTİNİN QARABAĞ MÜHARİBƏSİNƏ DAİR BƏYANATI
Mьəllif: admin1
Tarix: 3-10-2020, 14:05
Bцlmə: Xəbərlər
DÜNYA ƏHLİ-BEYT (Ə) CƏMİYYƏTİNİN QARABAĞ MÜHARİBƏSİNƏ DAİR BƏYANATI
“Dağlıq Qarabağ” bölgəsindəki qarşıdurmanın başlamasından və Azərbaycanla Ermənistan arasındakı müharibə odunun alovlanmasından sonra Ümumdünya Əhli-Beyt (ə) cəmiyyəti bir bəyanat verib.

Bu bəyanatda deyilir: “Uşaq qatili İsrail rejimi və radikal qruplar həmişə öz varlıqları ilə müsəlman ölkələrinin mərkəzi hökumətlərini zəiflətməyə çalışmışlar.

Onların bu varlığına hər hansı bir şərait yaratmamaq hər kəsin borcudur. Dünya Əhli-Beyt (ə) cəmiyyətinin bəyanatının tam mətni belədir:

Mərhəmətli və rəhmli Allahın adı ilə!

Dağlıq Qarabağ bölgəsində toqquşmaların yenidən başlaması və bölgədəki şiələr və mülki şəxslərin qanının tökülməsi çox böyük kədər və təəssüf hissi yaratdı.

Azərbaycanın tarixi, oranın şiə xalqı və hakimləri, İranın şiələrinin son on illiklərdə azəri qardaşlarının, xüsusən də Dağlıq Qarabağ məsələsində öz dini və qardaşlıq əhval-ruhiyyəsi ilə azəri qardaşlarının yanında olduqlarının şahididir.

Lakin son günlərdə fitnə törətmək dalınca olanlar bu iki şiə ölkəsinin əlaqələrini pozmaq və zərər vurmaq istədikləri üçün gərək sayıqlıq və yaxşı münasibətləri qorumağa daha çox diqqət yetirmək lazımdır.

Dünya Əhli-Beyt (ə) cəmiyyəti Əhli-beyti (ə) sevən və müstəqil bir qurum kimi müsəlmanların mənafelərini və şiələrin hüquqlarını qorumaq vəzifəsinə uyğun olaraq Azərbaycan şiələrinin dərdinə şərik çıxır, onlara qarşı hücumları pisləyir, “Dağlıq Qarabağ İslam torpağıdır” deyən böyük rəhbər İmam Xameneinin fikrlərini bir daha təkidlə vurğulayır.

Qafqaz bölgəsinin həssaslığı bölgədəki iğtişaşlardan bəhrələnən ölkələrə istər-istəməz fürsət verilməməsini tələb edir. Uşaq qatili İsrail və ekstremist qrupları öz varlıqları ilə müsəlman ölkələrinin mərkəzi hökumətlərini zəiflətməyə çalışmışlar.

Onların bu varlığına hər hansı bir şəraitin yaranmaması üçün ayıq-sayıq olmaq hər kəsin borcudur. Beynəlxalq təşkilatlar bağlanmış müqavilələrin bəndinə əsasən, müsəlman ölkələrinin ərazi bütövlüyünün tanınmasında öz tarixi rollarını ifa etməkdə gərək səhlənkarlıq göstərməməlidirlər.

Dünya Əhli-Beyt (ə) cəmiyyəti.


Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031