Rəsmi Tbilisi Ermənistana səsləndi: "Yalan məlumat yaymaqdan çəkinin"
Mьəllif: admin1
Tarix: 5-10-2020, 12:18
Bцlmə: Xəbərlər
Rəsmi Tbilisi Ermənistana səsləndi: "Yalan məlumat yaymaqdan çəkinin"
Gürcüstanın Xarici İşlər nazirinin müavini Laşa Darsalinin sözlərinə görə, sosial şəbəkədə Gürcüstan ərazisindən Azərbaycana silah gətirildiyi barədə yayılan məlumatlar dezinformasiya və yalandır.

Darsalia hərbi yüklərin Gürcüstandan daşınması üçün icazələrin müvəqqəti dayandırıldığını bildirib.

“Hərbi silah sursatın göndərilməsi ilə bağlı Gürcüstan tərəfinin mövqeyi birmənalıdır ki, bu da ötən gün Milli Təhlükəsizlik Şurasının iclasında səsləndirilib.

Gürcüstan hər iki ölkə tərəfindən hərbi yüklərin daşınması üçün icazələrin verilməsini dayandırıb, lakin bu, mülki yüklərə aid deyil və Gürcüstan bu baxımdan həm üçüncü ölkələr, həm də qonşularımız qarşısında öz öhdəliklərini yerinə yetirməyə davam edəcəkdir.

Sosial məkanda müxtəlif növ dezinformasiya və saxta məlumatların yayıldığını görürük, guya silahların Gürcüstan ərazisindən keçirildiyini iddia edirlər.

Bu yaxınlarda silahların Azərbaycana Gürcüstan ərazisi vasitəsi ilə gətirildiyi barədə də məlumatlar yayıldı və bu açıq bir dezinformasiyadır".

Nazir müavini erməni tərəfi də daxil olmaqla hər kəsi yanlış məlumat verməməyə çağırdı:

“Mən erməni tərəfini, bütün əhalini bu dezinformasiyaya qoşulmamağa çağırmaq istəyirəm.

Gürcüstan beynəlxalq öhdəliklərini yerinə yetirməyə davam edəcək və hər kəsi xəbəri paylaşarkən yalnız təsdiqlənmiş və etibarlı mənbələrə etibar etmələrini xahiş edirəm", - deyə Laşa Darsalia bildirib.
www.24news.ge
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031