General Məhərrəm Əliyev: "Azərbaycan İranın dəstəyini yüksək qiymətləndirir"
Azərbaycan Prezidentinin hərbi məsələlər üzrə köməkçisi general Məhərrəm Əliyev İranın Azərbaycana dəstəyindən danışıb.
O, bildirib ki, İran İslam Respublikası yalnız yaxın qonşumuz deyil, həm də müsəlman ölkəsidir: "Unutmamalıyıq ki, Qarabağ müharibəsində Naxçıvan Ermənistan tərəfindən mühasirəyə alındıqda, İran tərəfi qurtuluş körpüsünü açdı və xalqı çətin vəziyyətdən qurtarmaq üçün əsaslı addımlar atdı. Biz bunu unutmamışıq". General Məhərrəm Əliyev qeyd edib ki, bu gün İranın ən yüksək siyasi dairələrinin Azərbaycanın ədalətli mövqeyini dəstəkləməsini yüksək qiymətləndirir: "İran İslam Respublikası ərazi bütövlüyümüzü və işğal olunan ərazilərin azad edilməsini dəstəkləyir və qələbələrimizi alqışlayırlar". (eastnews.org) Oxşar xəbərlər
|