Ermənilərin Gəncəyə raket atəşi nəticəsində 4 dinc sakin ölüb, 40-dan artıq yaralı var (Video)
Humanitar atəşkəs rejiminin tətbiq edilməsinə baxmayaraq, Ermənistan silahlı qüvvələri Gəncə şəhərində yaşayış binasını raket atəşinə tutublar.
APA -nın yerli bürosunun məlumatına görə, ilkin məlumata görə, hadisə nəticəsində 4 nəfər həlak olub, 40 nəfərdən artıq yaralı var. Yaralılar arasında azyaşlılar da var. **** Humanitar atəşkəs rejiminin tətbiq edilməsinə baxmayaraq, Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrinin intensiv atəşə tutmaqda davam edir. APA-nın verdiyi məlumata görə, yaxın saatlarda düşmən ordusu Gəncə şəhərini yenidən raket atəşinə tutub. Raketlərdən bir neçəsi yaşayış binalarına düşərək dağıdıb. Ölənlərin və yaralananların olduğu bildirilir. Hadisə yerinə FHN, hüquq-mühafizə orqanları əməkdaşları, eləcə də Təcili Tibbi Yardım Briqadası cəlb olunub. FHN-in xilasediciləri tərəfindən dağıntılar altından qalan insanların çıxarılması tədbirləri davam edir. Qeyd edək ki, düşmənin zərbələri nəticəsində yaşayış binalarının yaxınlığında olan mağazalara, şəxsi avtomobillərə də ciddi ziyan dəyib. Oxşar xəbərlər
|