Şeyxülislam İrana təşəkkür etdi
Mьəllif: admin1
Tarix: 11-10-2020, 10:26
Bцlmə: Xəbərlər
Şeyxülislam İrana təşəkkür etdi
Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Qarabağ məsələsində Azərbaycan Respublikasına verdiyi dəstəyə görə İran İslam Respublikasına təşəkkür edib.

Şeyxülislam Allahşükür Paşazadə İran İslam Respublikasının Azərbaycan Respublikasının qonşusu, dostu və qardaş ölkəsi olaraq digər ölkələrə nisbətdə daha çox dəstəklədiyini və bu dəstəklərin heç vaxt unudulmayacağını bildirib.

Şeyxülislam İran İslam Respublikasının Azərbaycan Respublikasına misilsiz dəstəyinin beynəlxalq ictimaiyyətə bir daha iki ölkə arasındakı dini və mənəvi əlaqələrin qırılmaz olduğunu göstərdiyini və Azərbaycan Respublikası xalqının İslam İranının dəstəyini həmişə yüksək qiymətləndirdiyini bildirib.
(eastnews.org)
Oxşar xəbərlər
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031