Şeyx Zəkzəkinin qızı: “Valideynlərimin səhhəti pisləşib"
Mьəllif: admin1
Tarix: 12-10-2020, 20:34
Bцlmə: Xəbərlər
Şeyx Zəkzəkinin qızı: “Valideynlərimin səhhəti pisləşib"
Nigeriya İslami Hərəkatının (İMN) həbsdə olan liderinin qızı Suheyla Zəkzəki bildirib ki, valideynləri tibbi müayinədən məhrum olduğu üçün onların səhhəti pisləşib.

Deyerler.org xəbər verir ki, Suheyla Zəkzəki valideynlərinin həkim səhlənkarlığına görə ağır vəziyyətdə olduğunu söyləyərək, həbs olunarkən valideynlərinin hər ikisinin yaralandığını və ağır vəziyyətdə olan valideynlərinin səhhətinin pisləşdiyini qeyd edib.

“Al-Maloumah” saytının verdiyi məlumata görə, Suheyla Zəkzəki atasının həbsxanada iki dəfə insult keçirdiyini və bədənində çoxlu güllə qəlpələri olduğu üçün qurğuşun zəhərlənməsindən əziyyət çəkdiyini bildirib.

O, anası haqqında isə bunları deyib: “Ona beş güllə ilə atəş açılıb və əməliyyat olunmalıdır, ancaq edilməyib və ürəyində şiddətli ağrıları var.

Oynaqların artrozundan əziyyət çəkir və üç il əvvəl diz dəyişdirmə əməliyyatı keçirməli oldu, amma indi tibbi səhlənkarlığa görə əlil arabasından istifadə etməyə məcbur qalıb.

Şeyx Zəkzəki 2015-ci ilin dekabrında ordu və polisin Nigeriyanın şimalındakı Kaduna əyalətindəki iqamətgahına basqın etdikdən sonra həbs olundu.

Bir çox şəhid və yaralı ilə nəticələnən bir hücum vaxtı Nigeriya təhlükəsizlik və hərbi qüvvələri Şeyx Zəkzəkinin həyat yoldaşı Malama Zinəti də həbs ediblər.

Oxşar xəbərlər
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031