Putin və Ərdoğan arasında ilk Qarabağ müzakirəsi
İslamazeri.com az.shafaqna.com-a istinadən xəbər verir ki, Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Qarabağda döyüşlərin başlamasından sonra ilk dəfə telefon danışığı keçiriblər.
Bu barədə Kremldən məlumat verilib. Tərəflər Qarabağ münaqişəsi zonasındakı vəziyyəti ətraflı müzakirə ediblər. “Hər iki tərəf 10 oktyabrda Moskvada əldə edilmiş humanitar atəşkəsə riayətin əhəmiyyətini təsdiq edib. Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan siyasi prosesin, xüsusilə də ATƏT-in Minsk qrupunun işi əsasındakı (siyasi prosesin) aktivləşməsinin lehinə çıxış ediblər”, - deyə qeyd edilib. “Tezliklə qan tökülməsinin qarşısının alınması və Dağlıq Qarabağ probleminin dinc yolla həllinə keçilməsi məqsədi” ilə həmrəy səylərin olduqca zəruriliyi qeyd edilib. Putin və Ərdoğan Suriya və Liviya məsələləri ilə bağlı da fikir mübadiləsi aparıblar. Danışıq zamanı Rusiya və Türkiyənin bu istiqamətlərdəki koordinasiyasının effektiv xarakterli vurğulanıb. Oxşar xəbərlər
|