Məscidul-Həramda 7 aylıq fasilədən sonra camaat namazı qılındı
Müqəddəs Kəbənin yerləşdiyi Məscidul-Həramda yeni növ koronavirus (KOVİD-19) tədbirlərinə görə 7 aylıq bir fasilədən sonra yenidən camaat namazı qılınıb.
Deyerler.org Anadolu-tya istinadən xəbər verir ki, Səudiyyə rejiminin rəsmi televiziyasının xəbərinə görə, yerli sakinlərə Məscidul-Həramda namaz qılmağa icazə verilib. Məscidul-Həramda sübh namazı qılan camaatın fotoşəkilləri Məkkədəki Məscidul-Həram və Mədinədəki Peyğəmbər (s) Məscidi İşləri (Hərəmeyn) Rəhbərliyinin Twitter hesabında da paylaşılıb. Xatırladaq ki, yerli sakinlərə oktyabrın 4-dən etibarən ümrə ziyarətlərinə də icazə verilib. Daxili İşlər Nazirliyinin mənbələri 23 sentyabrda Məkkə daxilində Kəbə də daxil olmaqla Məscidul-Həramın, yerli sakinlərdən ümrə etmək istəyənlər üçün 30% (gündə 6 min nəfər) tutumla olduğunu söyləmişdi. Oxşar xəbərlər
|