Paşinyan Azərbaycanla sülh danışıqlarından imtina etdi
Mьəllif: admin1
Tarix: 21-10-2020, 22:12
Bцlmə: Xəbərlər
Paşinyan Azərbaycanla sülh danışıqlarından imtina etdi
Ermənistan baş naziri Nikol Paşinyan Qarabağ münaqişəsi ilə bağlı yeni açıqlamalar verib.

Modern.az xəbər verir ki, “Facebook” vasitəsilə xalqa canlı müraciət edən Paşinyan münaqişənin danışıqlar yolu ilə həll variantlarının tükəndiyini açıqlayıb.

“Hazırkı mərhələdə Qarabağ münaqişəsinin diplomatik yolla həlli barədə danışmaq mənasızdır. Məsələnin diplomatik yolla həlli üçün bəslənən ümidlər, səslənən fikirlər və s. artıq bitmiş hesab etmək olar. Ya qələbə, ya da məğlubiyyət – orta yol yoxdur”-deyə hökumət rəhbəri deyib.

Paşinyan sona qədər mübarizə aparmalı olduqlarını deyib. O həmçinin, Rusiyaya strateji tərəfdaş kimi verdiyi dəstəyə görə öz minnətdarlığını da ifadə edib.

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031