İşğalçı İsrail rejimi yenə Qəzzanı bombaladı
Mьəllif: admin1
Tarix: 23-10-2020, 22:32
Bцlmə: Xəbərlər
İşğalçı İsrail rejimi yenə Qəzzanı bombaladı
Sionist İsrail rejiminin ordusunun qırıcı təyyarələri Qəzza zolağına yenidən aviazərbələr endirib.

Maide.Az "TASS"a istinadən xəbər verir ki, işğalçı rejim iddia edib ki, hücum Qəzza zolağından Fələstinin işğal olunmuş ərazisinə raketlərin atılmasına cavab olaraq həyata keçirilib.

Qeyd edilir ki, hava zərbələri HƏMAS-ın hərbi mövqelərinə endirilib.

Fələstin mənbələrinin məlumatına görə, işğalçı rejim Qəzzada bir neçə mövqeni bombalayıb. Dinc sakinlərin əkin sahələri və evlərinə ziyan dəyib.

Müqavimət qüvvələri işğalçı rejimin hücumuna cavab olaraq Qəzza zolağından Fələstinin işğal olunmuş ərazisinə raket zərbələri endirib.
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031