İraq xalq qüvvələri İŞİD-in Samirraya hücum cəhdinin qarşısını aldı
İraqın Əl-Həşduş Şəbi (Xalq Səfərbərlik) qüvvələri dünən (23 oktyabr) müqəddəs Samirra şəhəri yaxınlığındakı Makişifa bölgəsinə İŞİD terrorçularının hücumunun qarşısını alıblar.
Deyerler.org ABNA-ya istinadən xəbər verir ki, iraqlı təhlükəsizlik mənbəyi oktyabrın 23-ü Əl-Həşduş Şəbinin 35-ci briqada qüvvələrinin İŞİD-in Samirra şəhərinin Makişifa bölgəsinə soxulmaq və hücum etmək cəhdinin qarşısını aldığını söyləyib. Digər tərəfdən, İraqın Səlahəddin əyalətindəki Samirra Əməliyyat Qərargahı Komandanlığı Əl-Həşduş Şəbi Təşkilatının əməkdaşlığı ilə İmam Həsən Əskərinin (ə) şəhadətinin ildönümü ərəfəsində zəvvarların təhlükəsizliyini təmin etmək üçün xüsusi bir təhlükəsizlik planının tamamlandığını elan edib. Samarra Əməliyyat Qərargahının komandiri general-mayor Cabbar Əd-Daraci bu barədə verdiyi açıqlamasında bunları deyib: “Bu komandanlıq İmam Həsən Əskərinin (ə) şəhadətinin ildönümü münasibətilə zəvvarları qorumaq üçün təhlükəsizlik planını tamamladı. Plana bütün qüvvələr daxildir və federal polisdən Əl-Həşduş Şəbi qüvvələrinə qədər bütün təhlükəsizlik qurumları və qüvvələrinin iştirakı ilə ehtiyat tədbirləri görülmüşdür”. Oxşar xəbərlər
|