Ayətullah Xamenei: Koronavirusla mübarizədə qəti qərarlar qəbul etmək lazımdır
Mьəllif: admin1
Tarix: 24-10-2020, 23:03
Bцlmə: Xəbərlər
Ayətullah Xamenei: Koronavirusla mübarizədə qəti qərarlar qəbul etmək lazımdır
Iranın Koronavirusla Mübarizə üzrə Milli Qərargahının bugünkü iclası Tehranın İmam Xomeyni (r.ə) adına Hüseyniyyəsində keçirilib.

Maide.Az “leader.ir” saytına itinadla xəbər verir ki, Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei də bu iclasda iştirak edib və çıxış edib.

Ayətulah Xamenei çıxışında, Koronavirusla Mübarizə üzrə Milli Qərargahın fəaliyyətini yüksək qiymətləndirib və bütün qurumların və fərdlərin dünyanı əhatə edən pandemiya əleyhinə işbirliyi etməli və qəti qərarlar qəbul etmək lazım olduğunu vurğulayıb.

Müxtəlif ölkələrin pandemiya ilə mübarizə səylərinə toxunan Ayətullah Xamenei bildirib ki, ABŞ kimi bəzi ölkələrdə bu virus əleyhinə ən pis tədbirlər həyata keçirildi, lakin biz insanların həyatı, sağlamlığı, təhlükəsizliyi və iqtisadiyyatına problemlər yaradan bu virusla mübarizəni ən yaxşı tədbirlər həyata keçirməklə idarə etməliyik.

“Düzgün və əlverşili idarəetmənin təşkili üçün "hökumət tərəfindən qəti qərarlar qəbul edilməldir", "ictimai fikrin inandırılmasına" və "bütün qurumların, eləcə də insanların işbirliyi"nə ehtiyac var.

Əlbətdə bu əməkdaşlıqlar yalnız koronavirus pandemiyası əleyhinə olmamlıdır. Bəlkə bütün sahələrdə o cümlədə siyasi məsələlərdə də bu birlik nümayiş etdirilməlidir”.

Ayətullah Xamenei koronavirusla mübarizə sahəsində qəbul ediləcək qərarlarda əsas xalqın sağlamlığını nəzərdə tutulmasının zərurliyini qeyd edib.

Ali Rəhbər Koronavirusla Mübarizə üzrə Milli Qərargahın indiyədək atdığı addımları yüksək qiymətləndirib və işlərin daha səmərəli olması üçün bəzi tövsiyələr verib.

Ayətullah Xamenei bildirib ki, lazımdır ki, Koronavirusla Mübarizə üzrə Milli Qərargahın qərarlarının icrası və icrasına nəzarət üçün tez bir zamanda baza yaradılsın.

“Məhdudlaşdırma qərarları vermək üçün Səhiyyə Nazirliyi mehvər olsun. Səhiyyə Nazirliyi məhdudiyyətləri təsdiq etdikdən sonra digər qrumlar heç bir mülahizələr etmədən həmin məhdudiyətləri icra və tətbiq etsin.

Ölkənin giriş-çıxışlarında dəqiq yoxlamalar aparılsın, zərurət olmadıqca şəhərlərarası gediş-gəlişlər dayandırılsın, şəhərdaxili ictimai nəqliyyatda sərt qaydalar tətbiq olunsun.

Daxili İşlər Nazirliyi və polis bu məhdudiyyətlərin icrasına nəzarət etsin. Səhiyyə Nazirliyinin nəzarəti ilə və Televiziyanın dəstəyi ilə məscidlər və könüllülərin potensialından istifadə edərək məhəllələrdə əhaliyə virusun yayılma yolları və onunla mübarizə qaydaları öyrədilsin.”

Ali Rəhbər həmçinin sağlamlıq protokollarına əməl etməyən şəxslərə və qurumlara qarşı sərt cəzaların verilməsini də tövsiyə edib.

Ayətullah Xamenei pandemiyaya görə bəzi peşə sahibləri və şəxslərin yaşayış şərtlərin ağırlaşdığını bildirib və qeyd edib ki, bu sahədə hökumət dəstək paketləri təqdim etməlidir və xeyriyyəçilər də bu kimi şəxslərə yardım etməlidir. Çünki bu iş Allaha yaxınlaşmaq üçün ən yaxşı iş və vasitədir.

Ali Rəhbər bildirib ki, mütəxəssislər qeyd edir ki, əgər koronavirus ilk günlərdə müəyyənləşsə və müalicə olunarsa ölüm halları ciddi şəkildə azalacaq, buna görə bu virusun ilk günlərdə müəyyənləşməsi və onunla mübarizənin aparılması çox önəmlidir.

Ayətullah Xamenei virusun yayıldığı ilk günlər gənclərin və tibb işçilərinin yaşlılara yardım, ailələrin maarifləndirilməsi, küçə və prospektlərin dezinfeksiya olunması üçün könüllü yardım etdiklərini xatırladaraq mömin və ixlaslı könüllüləri yenə də yardımlarını davam etdirməyə çağırıb.

Ali Rəhbər koronavirus səbəbindən iş yerini itirmiş şəxslərin sığortalanmasının və xeyriyyəçi şəxslərin belə insanlara yardım etməsinin zərurliyini vurğulayıb.

Ayətullah Xamenei həmçinin bəla və çətinliklərdən qurtarmaq üçün tövbə etməyi, dua və təvəssül etməyi tövsiyə edib. “Bütün qeyd olunanlar bir vasitədir.

Bu vasitələrə can və ruh verən Allahdır. Həmişə İran xalqına şamil olununan Allahın lütfünü cəlb etmək üçün yenə də dua etmək lazımdır.

Ali Rəhbər bildirib ki, ölkədə böyük işlər görülür və Allahın lütfü ilə İslam Respublikasını heç bir hadisə dayandıra bilməyib. Amma ölkənin hərəkətinin sürətini zəiflədən bu maneələr tez bir zamanda aradan qaldırılmaıdır.

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031