İsrail müsəlmanları təhqir edən Fransanı dəstəklədi
Fransa prezidenti Emmanuel Makronun islamofobiya səbəbiylə Fransa mallarına qarşı boykot çağırışlarına İsrail tərəfindən cavab gəlib.
İsrail Xarici İşlər Nazirliyinin sözçüsü Lior Haiat "Twitter" hesabında verdiyi açıqlamada Fransa mallarına boykot çağırışlarının İsrail məhsullarına qarşı boykot çağırışlarına bənzədiyini bildirib. Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makron Məhəmməd peyğəmbərin karikaturalarını yayımlamaq barədə vədlər verib. Bu addım və həzrət peyğəmbərə qarşı hörmətsizliyi leqallaşdırıb bəraət qazandırmaq bütün müsəlman ölkələrində yaşayan müsəlmanların narahatlığına səbəb olub. (eastnews.org) Oxşar xəbərlər
|