Ərdoğan Makronu psixoz adlandırdı
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Mövludi-Nəbi Həftəsinin açılış proqramında çıxışı zamanı Fransa prezidenti Emmanuel Makronu sərt tənqid edib. Rəcəb Tayyib Ərdoğan bildirib ki, hər nə qədər də Makronun xoşuna gəlməsə də, öncəki gün etdiyi çağırışı yenidən təkrarlamaq istəyir:
"İrqçilik və islamofobiya vəzifəsi, mövqeyi nə olursa-olsun, insanın əqli və vicdani qabiliyyətini yox edən psixozun əlamətidir. Bizim dinimizdə xristian olmaq günah deyil, biz ona da sahib çıxırıq. Eyni şəkildə musəviyə də sahib çıxırıq. Ancaq gəlin Fransada əgər müsəlmanlara qarşı bir zülm varsa, hamımız birgə biz ora da sahib çıxaq deyə buradan dünya liderlərinə səslənirəm". Bundan əlavə Ərdoğan Fransada türk mallarının boykot olunmasında sonra fransız markalı malların boykot olunması barədə xalqa çağırış edib. (eastnews.org) Oxşar xəbərlər
|