ABŞ İrana daha bir sanksiya tətbiq etdi
Mьəllif: admin1
Tarix: 27-10-2020, 11:36
Bцlmə: Xəbərlər
ABŞ İrana daha bir sanksiya tətbiq etdi
Vaşinqton rəhbərliyi İran Neft Nazirliyini, İran Milli Neft Şirkətini (NIOC) və İran Milli Tanker Şirkətini (NITC) və İran Neft naziri Bijen Zengeneni sanksiya siyahısına əlavə edib.

ABŞ Maliyyə Nazirliyindən verilən yazılı açıqlamada Xarici Aktivlərin Təhlükəsizliyi İdarəsi (OFAC) tərəfindən İranın Neft Nazirliyi, NIOC və NITC ilə əlaqəli xeyli sayda təşkilat və şəxsə sanksiya tətbiq ediləcəyi ifadə edilib.

Bu çərçivədə İranın Neft naziri Bijan Zəngənə də daxil olmaqla bu təşkilatların yüksək vəzifəli şəxslərinin də sanksiya siyahısına daxil edildiyi bildirilib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp vəzifəyə gəldikdən sonra Vaşinqton birtərəfli qaydada nüvə sazişindən çəkildi və yenidən İrana qarşı sanksiyalar tətbiq etməyə başladı.
(eastnews.org)
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031