Ayətullah İsa Qasım: “Allah Rəsuluna (s) hörmətsizlik qarşısında susmaq olmaz”
Bəhreynin Əhli-Beyt (ə) ardıcıllarının rəhbəri Ayətullah Şeyx İsa Qasım deyib ki, Fransa məhsullarına yayılmış və təsirli embarqo Fransa və xalqı ilə düşmənçilik deyil, təcavüzkar prezidenti Emmanuel Makrona bir cavabdır.
Deyerler.org Shafaqna-ya istinadən xəbər verir ki, Ayətullah İsa Qasım Bəhreynin “Mowqa Al-Maqawima” saytında yayımlanan məqaləsində bunları qeyd edib: “Makron Yer üzündəki ən böyük ilahi şəxsiyyət olan Allah Rəsulunu (s) təhqir edərək, insanlığını, ölkəsinin mənafeyini və dünya sülhünün qorunması məsuliyyətini unutdu”. Ayətullah İsa Qasım sözügedən məqalədə, Makronun təhqirləri məsələsindəki israrını qınayıb: “Bu cür azadlıq insanların vəziyyətindən tutmuş, qanunsuz qırğınlara və gizli qalan müqəddəs şeyləri alçaltmağa qədər hər şeyə təhqir, lağa və rüsvayçılığa yol açır”. Daha sonra İslam millətlərini Emmanuel Makron tərəfindən Allahın ən böyük peyğəmbərinin və elçisinin (s) təhqir edilməsini əl çəkməsi üçün ciddi və səmimi bir mövqe sərgiləməyə dəvət edib: “İslam ümməti dünya təhlükəsizliyini və sülhü və insan qardaşlığını qorumaqda israr edir və eyni zamanda İslam üçün, Qurandan, İslam Peyğəmbəri (s) və İslamın müqəddəslərindən daha əziz bir şey yoxdur və Həzrət Peyğəmbərə (s) ən kiçik təhqir qarşısında belə susmaq icazəli deyildir və İslamı və böyük Peyğəmbəri (s) müdafiə etməkdən başqa heç nə üstün deyil”. Oxşar xəbərlər
|