34-cü İslam Vəhdət Konfransı 47 ölkədən qonaqların iştirakı ilə virtual formatda keçiriləcək
Mьəllif: admin1
Tarix: 28-10-2020, 21:45
Bцlmə: Xəbərlər
34-cü İslam Vəhdət Konfransı 47 ölkədən qonaqların iştirakı ilə virtual formatda keçiriləcək
İslami Məzhəblərin Yaxınlaşdırılması (TƏQRİB) Təşkilatının təşəbbüsü ilə 34-cü İslam Vəhdət Konfransı 29 oktyabr - 2 noyabr tarixlərində Tehranda virtual formatda keçiriləcək.

Maide.Az xəbər verir ki, "Təbii fəlakətlər qarşısında İslami əməkdaşlıq" mövzusu ilə keçirilən konfransda dünyanın 47 ölkəsindən dini, elmi və siyasi şəxsiyyətlər iştirak edəcək.

İslami Məzhəblərin Yaxınlaşdırılması (TƏQRİB) Təşkilatının baş katibi höccətül-İslam Həmid Şəriyari bildirib ki, konfransda 47 ölkədən 167 xarici qonaq və İslam dünyasının tanınmış simaları , həmçinin 120 İranlı natiq çıxış edəcək"

O qeyd edib ki, 5 günlük konfransın proqramına Fələstinlə əlaqəli iki kitabın təqdimatı, Vəhdət radiostansiyasının açılışı və Vəhdət informasiya portalında min məqalənin təqdimatı nəzərdə tutulub.

Konfransın son mərasimi 2 noyabr tarixində İslam Peyğəmbərinin (s) mövlud gününün axşamı görkəmli yerli dini,siyasi və ictimai xadimlərin iştirakı ilə baş tutacaq.
Oxşar xəbərlər
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031