Ayətullah Xameneinin Fransa gənclərinə məktubu:Öz prezidentinizdən soruşun...
Fransa prezidenti Emmanuel Makron tərəfindən İslam Peyğəmbərinin (s) karikaturasının yayılmasını təsdiqləməsi dünyada müsəlmanların qəzəbinə səbəb olub.
Bu səbəbdən Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei Fransa gənclərinə qısa bir məktub yazıb. Bu məktubun mətni fransız dilində sosial şəbəkələrdə paylaşılıb. Məktubu təqdim edirik: "Allahın adı ilə! Ey Fransa gəncləri! Öz prezidentinizdən soruşun: Nə üçün Allahın peyğəmbərini təhqir etməyi dəstəkləyir və onu söz azadlığı hesab edir? Söz azadlığının mənası söyüş və təhqirdirmi, özü də parlaq və müqəddəs simaların təhqiri? Sizcə bu axmaq hərəkət onu özünə prezident seçən xalqın şüur və düşüncəsinə hörmətsizlik deyilmi? Növbəti sual budur ki, nə üçün Holokosta şübhə etmək cinayətdir? Əgər kimsə bu haqda yazarsa, həbsxanaya atılmalı, Peyğəmbərə (s) hörmətsizlik isə azaddır?" Seyid Əli Xamenei Oxşar xəbərlər
|