Gürcüstanda Parlament seçkiləri keçirilir
Bu gün Gürcüstanda 10-cu çağırış parlamentinə seçkilər keçirilir.
Ölkə üzrə 3 657 seçki məntəqəsi yerli vaxtla saat 08:00-da açılıb. Seçkilər ilk dəfə olaraq qarışıq sistem üzrə keçirilir. 150 deputatın 120-si proporsional, 30-u isə majoritar sistem üzrə seçiləcək. Qanunverici orqanda yer uğrunda 48 siyasi partiya və 2 blok olmaqla 50 seçki subyekti mübarizə aparır. Vahid seçici siyahısında 3 526 023 seçici var ki, onların da 14 170-i xaricdədir. Səsvermə prosesini müşahidə etmək üçün 132 yerli, 23 beynəlxalq təşkilat və 20 səfirlik qeydiyyata alınıb. Seçkiləri 118 yerli və xarici mətbuat orqanlarının 5 971 nümayəndəsi işıqlandırır. www.24news.ge Oxşar xəbərlər
|