Hüqolar dünyadan gedəndə makronlar tərbiyəsiz küçə uşağı kimi böyüyər
Mьəllif: admin1
Tarix: 4-11-2020, 11:11
Bцlmə: Xəbərlər
Hüqolar dünyadan gedəndə makronlar tərbiyəsiz küçə uşağı kimi böyüyər
Neçə gündür sanki bütün dünya gözlərini Qarabağın azadlığı uğrunda Azərbaycanın verdiyi mücadiləyə zillədiyi bir vaxtda Fransanın tərbiyəsiz jurnalı əziz İslam Peyğəmbərinin (s) karikaturasını çəkdi, ehtiramsızlıq etdi, ardından da prezident Emmanuel Makron öz tərbiyəsizliyini nümayiş etdirib dedi ki, bu tərbiyəsizliklər davam ediləcək.

Baxın, Fransa bir deyil, iki deyil, dəfələrlə bu cür tərbiyəsizliklər edib. Əslində Qərb diyarında demokratiya və söz azadlığının beşiyi sayılan bu ölkədə demokratiyadan əsər-əlamət qalmayıb.

Öz xalqının “sarıjiletlilərini” etiraz etdikləri üçün vəhşicəsinə polisə döydürən Makron, həyasızcasına durub bir müsəlmanların da qıcıqlanmasına səbəb olur.

Tez-tez bu cür cəfəngiyatlarla gündəmə gələn bir jurnal, buna etiraz etmək əvəzinə bir az da “benzinləyən” prezident və bu atəşi söndürməyən Fransa xalqından necə Demokratiya gözləmək olar?

Dünyada İslam dininin milyonlarla tərəfdarı vardır, İslam Peyğəmbərinə (s) qarşı tərbiyəsizlik bütün müsəlman xalqlarına qarşı olan tərbiyəsizlikdir.

İslam Peyğəmbərinə (s) edilən ehtiramsızlıq Fransa müsəlmanlarına edilən təhqirdir. Görünür Makron kimi şüursuz insanlar hələ də anlamayıblar ki, bu cür təxribatlarla özlərini və ölkələrini çətin vəziyyətə sala bilərlər.

Makron kimi tərbiyəsiz insanların küçə uşağı kimi böyümələrinin və küçə uşaqları kimi tərbiyəsizlik etmələrinin səbəbi onları tərbiyə edəcək ədiblərin, nəhəng Hüqoların Fransada olmamasıdır.

Makron Viktor Hüqo kimi yüzlərlə fransız şairin - siyasi hiylələrlə, onları aldatmaqla, boş vədlər verməklə - prezidenti ola bilər, amma eyni zamanda Hüqo kimi nəhənglərin yazdıqları əsərləri oxuyub tərbiyələnməyə məhkumdurlar.

Odur ki, Viktor Hüqo kimilər dünyadan gedəndə makronlar tərbiyəsiz küçə uşağı kimi böyüməyə başlayır.

Təəssüflər olsun ki, makronlar hüqolardan dərs almazlar.

Fransız şairi Viktor Hüqo dindar bir insan idi, daim Allaha inanardı. Hətta, İslamın əziz və həkim kitabı olan Qurani-Kərimdən iqtibaslar da etmişdir.

Ərəb əsilli ədiblərdən olan Əbdül-Kərim Mənsur "Kitabat" saytının nəşrlərinin birində bildirib ki, 19-cu əsrin tanınmış fransız şairi Viktor Hüqonun İslam tarixi, İslam mədəniyyəti, İslam dini, Quran-Kərim və İslam şəriətindən kifayət qədər məlumatı olmuş və öz əsərlərində bunlardan istifadə etmişdir.

Əbdül-Kərim Mənsur dahi fransız şairi Viktor Hüqonun Quranın "Zilzal surəsindən ilhamlanaraq yazdığı bir qəsidə barədə də danışmışdır.

Bundan əlavə Viktor Hüqo bu gün Makron kimi tərbiyəsizlərin ehtiramsızlıq etdiyi İslam Peyğəmbəri (s) haqqında şeir yazmışdır ki, bu şeir bizim dilimizə də tərcümə edilmişdir.

Şeirin adı “Mahomet”dir (Həzrət Muhəmməd (s)). Bu şeirdə əziz İslam Peyğəmbərinin (s) son zamanları nəzmə çəkilmişdir. Şeir nəhəng Hüqonun vəfatından yüz il sonra çap edilmişdir.

Şeirdəki ilk beyti Makron yaxşı-yaxşı oxusun, bəlkə onda adam oldu:

Vəzifəsi yaxınlaşmışdı, dünyaya göz açdı,

Mətanətli idi, kiminsə xətrinə dəyib incitməzdi


Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031