Türkiyə ABŞ ilə əməkdaşlığı davam etdirəcək
Mьəllif: admin1
Tarix: 5-11-2020, 11:12
Bцlmə: Xəbərlər
Türkiyə ABŞ ilə əməkdaşlığı davam etdirəcək
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ABŞ-da keçirilən Prezident seçkilərinə münasibət bildirib.

Mövlud Çavuşoğlu açıqlamasında vurğulayıb ki, ABŞ seçkilərində kim qalib gələrsə Türkiyə əməkdaşlıq etməyə hazırdır.

"Biz ABŞ ilə iqtisadi, hərbi və digər sahələrdə əməkdaşlıq edirik. Bu əməkdaşlığın yaxın gələcəkdə də davam etməsi üçün çalışacağıq", - deyə Mövlud Çavuşoğlu diqqətə çatdırıb.

Nazir xatırladıb ki, Türkiyə ABŞ seçkilərinə heç bir halda müdaxilə etmir və amerikalıların öz müqəddəratını təyin etmə hüququna hörmət edir.
(eastnews.org)
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031