Həsən Ruhani: "ABŞ-da kimin qalib olması bizim üçün önəmli deyil"
Mьəllif: admin1
Tarix: 5-11-2020, 11:16
Bцlmə: Xəbərlər
Həsən Ruhani: "ABŞ-da kimin qalib olması bizim üçün önəmli deyil"
İran Prezidenti Həsən Ruhani Tehranda nazirlərin toplantısında ABŞ-da keçirilən prezident seçkilərinə münasibət bildirib:

"ABŞ-da kimin qalib olması bizim üçün önəmli deyil. Təhdid yerinə hörmət olarsa, şərtlər fərqli ola bilər. Bizim üçün önəmli olan düzgün siyasətdir.

Bizim üçün mühüm olan idarəçilik və siyasətdir. Şəxs və partiyaların əhəmiyyəti yoxdur. ABŞ-da kim prezident olursa, olsun sanksiyalar tətbiq etmək əvəzinə, hörmət göstərməsini istəyirik".

Qeyd edək ki, ABŞ-da Demokratlar partiyasından prezidentliyə namizəd Co Bayden seçkilərdə rəqibi Donald Trampı üstələyib.
(eastnews.org)
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031