BMT: “9 aya Yəməndə 1500-dən çox dinc sakin qətlə yetirilib”
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı 2020-ci ilin ilk doqquz ayında Yəməndə 1500-dən çox dinc sakinin öldüyünü və yaralandığını bildirib.
Deyerler.org Middleeasteye-yə istinadən xəbər verir ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Twitter üzərindən verdiyi açıqlamasında bunları qeyd edib: “Yalnız 2020-ci ilin yanvarından sentyabr ayına qədər Yəməndə 1508 dinc sakin öldürüldü və ya yaralandı” BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı qurbanların 42%-nin qadın və uşaqlar olduğunu əlavə edib. BMT-nin rəqəmlərinə görə, Afrika Buynuzundan (Somali) ümumilikdə 34.160 miqrant 2020-ci ilin əvvəlindən 31 oktyabrına qədər Yəmənə daxil olub. Oxşar xəbərlər
|