Türkiyənin geri çəkilməsindən sonra suriyalılar öz evlərinə qayıdıb
Mьəllif: admin1
Tarix: 12-11-2020, 10:44
Bцlmə: Xəbərlər
Türkiyənin geri çəkilməsindən sonra suriyalılar öz evlərinə qayıdıb
Bir neçə gün bundan öncə Türkiyə hərbçiləri Rusiyanın vasitəçiliiyi ilə Marukda Suriya ordusunun mühasirəsindən çıxaraq, bu şəhərdəki bazasından geri çəkildi.

“Rusiya əl-Yəvm” xəbər agentliyinin bildirdiyinə görə, Türkiyə qüvvələri bu şəhərdən çıxdıqdan sonra Maruk sakinləri öz evlərinə qayıdıb və təsərrüfat-əkinçilik işləri ilə məşğul olmağa başlayıb.

Maruk sakini olan Meys Mustafa deyir: “Çoxdan idi ki, Türkiyə qüvvələrinin bu şəhərdə olduğuna görə, öz evimizə qayıda bilmirdik. Çünki onların hüzuruna görə, əmin-amanlıq hiss etmirdik.

Qorxurdum ki, heç vaxt öz vətənimə qayıda bilməyim. İndi isə Allaha şükür olsun, Suriya dövləti bu işi etdi və türkiyəlilər buradan çıxmağa məcbur oldular.”

Avtobuslar ilk olaraq Maruka 350 ailəni qaytarmışdır. Suriya hökuməti bu şəhərdə infrastrukturları,məişət xidmətini, xəstəxana və məktəbləri bərpa etməyə çalışır.
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031