Almaniyada məscidə qarşı hücum edildi
Naməlum şəxslər Almaniyanın paytaxtı Berlin şəhərində Dini İşlər üzrə Türkiyə İslam Birliyinə (DİTİB) bağlı olan "Məscidi-Əqsa" məscidinə hücum edilib.
Veddinq bölgəsindəki bu məscidin bayır tərəfinə və yanındakı çayxananın şüşəsinə yazılar yazılıb. Məscid rəhbərliyinin dediyinə görə, bu həmin məscidə artıq 2-ci hücumdur. Digər tərəfdən, Hamburqdakı "Muradiyə" məscidinə irqçi bir məktub göndərildiyi bildirilib. Məktubda müsəlmanlara, İslama və türklərə qarşı təhqirlərin olduğu qeyd edilib. (eastnews.org) Oxşar xəbərlər
|