Nigeriya xalqı Şeyx Zəkzəkiyə görə küçələrə çıxdı
Mьəllif: admin1
Tarix: 18-11-2020, 21:01
Bцlmə: Xəbərlər
Nigeriya xalqı Şeyx Zəkzəkiyə görə küçələrə çıxdı
Nigeriya xalqı ölkədə Əhli-Beyt (ə) ardıcıllarının rəhbəri Şeyx İbrahim Zəkzəkinin qeyd-şərtsiz azadlığa buraxılması tələbi ilə gündəlik nümayişlərini davam etdirir.

Deyerler.org İslamicmovement-ə istinadən xəbər verir ki, oktyabrın 18-i paytaxt Abucanın Vuse rayonunda etiraz yürüşünə çıxan insanlar, həbsdə olan Nigeriya İslam Hərəkatının baş katibi Şeyx İbrahim Zəkzəki və xanımı Malama Zinətin azadlığa buraxılması üçün şüarlar səsləndiriblər.

Əllərində Şeyx Zəkzəkinin şəkillərini daşıyan etirazçılar Federal Ali Məhkəmənin Şeyx Zəkzəki və xanımı barədə çıxardığı qərarın hökumət tərəfindən icra edilməsini tələb ediblər.

Bir müddət əvvəl Şeyx Zəkzəkinin qızı Suheyla Zəkzəki valideynlərinin həkim səhlənkarlığına görə, ağır vəziyyətdə olduğunu və həbs edildiyi zaman valideynlərinin hər ikisinin yaralandığını və indi onlara tibbi yardım edilmədiyini bildirmişdi. O, müalicəyə icazə verilməməsinə görə, valideynlərinin vəziyyətinin pisləşdiyini deyib.
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031