Bu gün imam Əli (ə) və xanım Zəhra (s.ə) izdivac günüdür!
Mьəllif: admin1
Tarix: 26-09-2014, 14:44
Bцlmə: Xəbərlər
Bu gün imam Əli (ə) və xanım Zəhra (s.ə) izdivac günüdür!

Zilhiccənin 1-i mübarək bir tarixdir – hicrətin 2-ci ilində Həzrəti Əli (ə) ilə Xanım Fatimənin (s.ə) izdivacı bu gündə baş vermişdir
Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Zilhiccənin 1-i mübarək bir tarixdir – hicrətin 2-ci ilində Həzrəti Əli (ə) ilə Xanım Fatimənin (s.ə) izdivacı bu gündə baş vermişdir.

Həzrət Fatiməyə bir çox zadəgan ailələrdən elçilər gəlirdi. Bunlardan bəziləri isə Ömər, Әbu Bəkr və başqaları idi. Amma həzrət Peyğəmbər (s) qızına elçi gələnlərə belə buyurardı:

«Bu barədə vəhy gözləyirəm».

Nəhayət vəhy gəldi və Həzrət Fatimənin əri bəlli oldu.

«Ey Peyğəmbər! İşığı işıqla — Fatiməni Әli ilə evləndir».

Әli əleyhissalamın həzrət Fatimə ilə evləndikdə, əlində dünya malından bir şey olmasına baxmayaraq, bütün maddi dəyərlərdən daha üstün və dəyərli bir xəzinəsi var idi: İnsalıq şərəfi və təqva.

Peyğəmbər (s) həzrət Әlinin istədiyini qəbul etdikdən sonra qızının fikrini soruşmaq üçün onun yanına gəlib buyurdu:

«Sən də Әlini yaxşı tanıyırsan, o xalqın arasında mənə ən yaxın olanı, islama saysız-hesabsız xidmətlər göstərmiş fəzilətli bir adamdır. Bax, Allah da sənin üçün Әlini seçib. Sənin bu haqda fikrin nədir?»



Fatimə susdu. Peyğəmbər onun sükutundan xanım Zəhranın bu məsələyə razı olmasını başa düşüb çox sevindi.

Peyğəmbərin əmri ilə Bəni Haşim qəbiləsi və əshab o gün bir yerə yığıldılar. Daha sonra Peyğəmbər (s) bir xütbə oxuyaraq Әli ilə Fatiməni evləndirdi. Kəbininə də dörd yüz misqal gümüş tə᾽yin etdi.

Әshabdan birisi deyir: Həzrət Fatimənin kəbinində Peyğəmbər (s) qoyun kəsib sadə bir yemək verəndən sonra, hamıdan bu barədə şahidlik aldı.

Zəhranın kəbininin kəsilməsindən bir ay sonra, hicrətin ikinci ilində toy mərasimi keçirildi. O axşam Peyğəmbər (s) Fatimənin əlini Әli əleyhissalamın əlinin üstünə qoyub buyurdu:

«Ey Әli! Fatimə sənin üçün seçilmiş ən yaxşı xanımdır.» Sonra isə Fatiməyə sarı dönüb buyurdu: «Ey Fatimə! Әli də sənin üçün seçilən ən xeyirli ərdir». Sonra «artıq öz evinizə gedə bilərsiniz» - deyərək onları evlərinə yola saldı.

Mühacir, ənsar və Bəni Haşim qadınları, əshab və dostlar şamdan sonra Həzrət Fatiməni Peyğəmbərin dəvəsinə mindirib sevinc və şadlıqla onu həzrət Әlinin evinə apardılar.

Әli əleyhissalam və Fatimə (s) Mədinədən səkkiz kilometr uzaqlıqda, Quba məscidinin yanında yeni həyatlarına başladılar. Həmin məscid Hicrət əsnasında Peyğəmbərin həzrət Әlini bir həftə gözlədiyi yerdə tikilmişdi.

Çox çəkmədi ki, onlar yenidən Mədinəyə köçüb özlərinə Peyğəmbərin qonşuluğunda bir ev tikdilər. Çünki Peyğəmbər üçün Әli və Fatiməni yanında görməmək, onlardan uzaq qalmaq çox çətin idi. Әli öz evini palçıq, xurma ağacının yarpaq və budaqlarından tikdi. Onların evlərinin kiçik qapısı ilə Peyğəmbərin evinin qapısı hər gün səhər çağı, iki ürəyin bir-birinə qovuşduğu kimi, bir-birinin üzünə açılırdı.

Qur᾽an və hədislərdə bu qədər tə᾽riflənən, bütün pisliklərdən uzaq olduğu qeyd olunan Әhli-beyt, itrət evi və ailəsi, məhz elə bu ev və bu ailədə idi.

Elə bir ev ki, Әli orada ata, Fatimə ana, Həsən və Hüseyn oğlu, Zeynəb ilə Ümmi Gülsüm isə qızı idilər.

Bu ev bütün zaman və illərdə nəsillər üçün nümunəvi bir örnəkdir.

Həzrət Fatimə (s) Әli (ə) ilə birgə böyümüşdü, onu qayğıkeş bir ər və atasının ətrafında dolanan yüksək bir insan kimi tanımışdı.

Artıq bu iki insanın qəlbi xüsusi bir şəkildə bir-biri ilə qovuşmuşdu. Belə ki, heç birinin cahiliyyətlə əlaqəsi yox idi. Ikisi də həyatlarının ilk illərindən başlayaraq risalət dənizi ilə vəhy nurunun kölgəsində böyümüşdülər. Ikisi də Şe᾽bi Әbi Talibdə müşriklərin mühasirəsində üç il birlikdə dərd və zəhmət çəkmişlər.

Həzrət Fatimə (s) bilirdi ki, həzrət Әli əleyhissalamın maddi dövləti olmayıb, onun ən böyük sərmayəsi yalnız atasının hədəfləri uğrunda fədakarlıq etməsidir.

O bilirdi ki, əri bütün cavanlığını inam və cihad ilə keçirərək ömrü boyu islam və müsəlmanlara xidmət etmiş, cihaddan başqa bir şey düşünməmişdir.

Həzrət Fatimə (s) islam dünyasının rəhbəri Peyğəmbərin qızı idi; onun bir xidmətçisi olması zəruri deyildimi? Xeyr, o, belə bir şey istəmirdi.

Xanım Zəhra özü un üyüdər, çörək yapar və bütün ev işlərini görərdi. Halbuki, bacıları Zeynəb, Ruqəyyə və Ümmü Gülsüm ərlərinin evində bolluq və ne᾽mət içində yaşayırdılar. Amma Fatimə (s) hər şeydən çox Allahı düşünür və həmişə həqiqəti axtarırdı. Elə bir həqiqət ki, nur, su və hava kimi gözəllik və həyatın təməlidir.

Fatimə (s) cavan ağac kimi vəhy işığının kölgəsində böyüyüb, azadlıq və ədalət meyvəsi yetişdirərək Qur᾽anın buyurduğu kimi «Şəcəreye Təyyibə» (yaxşılar ağacının) başlanğıcı olmalı idi.

Həzrət Әli əleyhissalam ilə Fatimənin həyatı bütün nəsillər üçün laiyqli bir məktəbdir ki, ondan nümunəvi dərslər öyrənmək lazımdır.

Onların arasındakı əməkdaşlıq diqqətə layiqdir. Belə ki, Әli (ə) çöl işlərindən əlavə ev işlərində də Fatiməyə kömək edərdi. Fatimə də həmişə Әlinin razılığını cəlb etməyə, eləcə də onun narahatlıq və yorğunluğunu azaltmağa çalışardı.

Bir-birlərinə qarşı olan rəftarları sanki tərbiyə və ədəbdən yoğrulmuşdu. Belə ki, bu iki həyat yoldaşı heç vaxt bir-birlərini adları ilə çağırmazdılar.

Әli (ə) xanımını çağıranda «ya bintə rəsuiullah» (ey Peyğəmbərin qızı) – deyə onun səsləyər. Fatimə (s) isə ərini «ya Әmirəl-mö᾽minin» - deyə çağırardı.

Bir belə çətinliklərlə yanaşı uşaqlarının tə᾽lim-tərbiyəsini də unutmurdular. Onların sözlərinə qulaq asır, müxtəlif suallarına cavab verərək bu balaca uşaqlar ilə çox mehriban rəftar edirdilər. Heç vaxt onların üstünə qışqırmaz və ya narahtedici bir söz söyləməzdilər.
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930