İraqın xarici işlər naziri: “Sionist rejimlə razılaşmadan söhbət gedə bilməz”
Moskvada səfərə olan İraqın xarici işlər naziri Fuad Hüseyn İraq cəmiyyətinin Fələstin məsələsini dəstəklədiyini bildirərək, belə deyib: “Sionist rejimlə münasibətlərin normallaşmasından söhbət gedə bilməz”.
Deyerler.org xəbər verir ki, Fuad Hüseyn Sputnik-ə verdiyi müsahibəsində bunları deyib: “Fələstinə gəldikdə, İraq cəmiyyəti bəzi digər cəmiyyətlərdən fərqlidir və əslində Fələstin yalnız Bağdadın xarici siyasətinin bir hissəsi deyil, həm də Bağdadın daxili siyasətinin bir hissəsidir, çünki bu məsələ müxtəlif səbəblərdən İraq cəmiyyəti ilə əlaqəlidir”. O, həmçinin İraq cəmiyyətinin Fələstin məsələsini dəstəklədiyini və fələstinlilərin öz taleyini həll etmək hüququna sahib olduqlarını və İraqın mövqeyinin bu haqqı dəstəkləmək olduğunu bildirib. İraq ordusunun Rusiya silahları ilə təchiz edilməsi ilə bağlı suala cavab verən F.Hüseyn, belə deyib: “Bu məsələ araşdırılmadı və bir sıra sənədləri və 14 razılaşma memorandumunu nəzərdən keçirdik və ümid edirik ki, bu razılaşma memorandumunun Rusiya-İraq Birgə Şurasının növbəti iclasında imzalanacaq”. O, Rusiya rəsmiləri ilə görüşü vaxtı ölkəsindəki təhlükəsizlik və hərbi vəziyyəti nəzərdən keçirdiyini və İraqın müdafiə naziri Cümə Ənadın yaxın zamanda Moskvaya səfər etməyi planlaşdırıldığını bildirib. Qeyd edək ki, Fuad Hüseyn rusiyalı həmkarı Sergey Lavrovun dəvəti ilə Moskvaya səfər edib. Oxşar xəbərlər
|