İran: Nüvə aliminə qarşı terror həyata keçirənləri ağır intiqam gözləyir
İran İslam Respublikasının Silahlı Qüvvələrin Baş Qərargah rəisi Tehran yaxınlığında nüvə fizikası üzrə alim Möhsün Fəxrizadənin öldürülməsinə münasibət bildirib.
Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri verdiyi açıqlama zamanı bildirib ki, terrorçu qruplar, bu terrorun sifarişçiləri və icraçıları bilməlidirlər ki, onları ağır intiqam gözləyir. Bundan əlavə İranın Ali məqamlı lideri Ayətullah Seyid Əli Xameneinin hərbi müşaviri general Hüseyin Dehkan alimin qətlini şərh edərək, "şəhidin qatillərinə dərhal hücum edəcəklərini və buna görə intiqam alacaqlarını" bildirib. (eastnews.org) Oxşar xəbərlər
|