Ayətullah Amuli "Bismillah"ın əhəmiyyətindən danışdı
Atılacaq hər addımda "Bismillah"ın deyilməsi Allahı xatırladar İslamazeri.az-ın "Shafaqna"-ya istinadən verdiyi xəbərə görə, Qum Dini Elmlər hövzəsinin müəllimi, böyük təqlid mərcələrindən olan Ayətullah Cavad Amuli Allaha bəndəlik insan ola bilmənin zərurəti olduğuna diqqət çəkib və belə danışıb: "Allaha bəndəlik, insan olmağın qarantıdır. Hər işə başlamazdan əvvəl "Bizmillahir Rəhmanir Rəhim" deyilməsi bir həyat ədəbidir və eyni zamanda ləfzi ibadətdir. Bu sözü söyləyərək günah iş görülməz və ya bir kəs bu sözü tələffüz edərək haram və ya məkruh olan iş görməz. Bu səbəbdən hər işin əvvəlində deyilməsi diqqətli olmaq üçün çox gözəl yoldur. Atılacaq hər addımda və edəcək hər işin başlanğıcında "Bismillah" deyilməsi daim insana onu müşahidə edən Allahın olduğunu xatırladar. Beləliklə, insan Allahın razılığına zidd işlər görməkdən uzaq olar." Oxşar xəbərlər
|