BMT İranda nüvə aliminin öldürülməsinə münasibət bildirdi
Mьəllif: admin1
Tarix: 28-11-2020, 10:35
Bцlmə: Xəbərlər
BMT İranda nüvə aliminin öldürülməsinə münasibət bildirdi
BMT iranlı fizikin terror edilməsinə münasibət bildirib.

“İranlı nüvə aliminin bu gün Tehran yaxınlığında öldürüldüyünə dair xəbərlər aldıq. BMT bölgədəki vəziyyətin gərginləşməsinə səbəb ola biləcək addımların qarşısını almaq üçün təmkinli olmağa çağırır”.

Bu barədə BMT Baş katibinin rəsmi nümayəndəsinin müavini Fərhan Hak nüvə fiziki M.Fəxrizadənin qətli ilə bağlı vəziyyəti şərh edərkən deyib.

Qeyd edək ki, bundan əvvəl İranın Müdafiə Nazirliyi öldürülən alimin nazirliyin Tədqiqat və innovasiya təşkilatının rəhbəri olduğunu təsdiqləmişdi.

Xatırladaq ki, noyabrın 27-də Tehranın şimal şərqində yerləşən Absərd şəhərində M.Fəxrizadəyə sui-qəsd edilib.

Əvvəlcə partlayış törədilib, daha sonra odlu silahdan atəş açılıb. Ağır yaralanan M.Fəxrizadə xəstəxanada dünyasını dəyişib.
(eastnews.org)
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031