Ali Dini Rəhbər terror edilmiş alim barədə bəyanat verdi
Ali Dini Rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei İranın nüvə alimi şəhid Möhsün Fəxrizadəyə qarşı terror hadisəsi ilə bağlı verdiyi mesajında, iki vacib məsələnin gündəmdə saxlanılmasını istəyib. \
Birincisi, cinayətin təqibi və günahkarlarının qəti şəkildə cəzalandırılması; ikincisi, şəhidin məşğul olduğu bütün sahələrdə elmi və texniki səylərinin həyata keçirilməsi. Deyerler.org Farsnews-a istinadən xəbər verir ki, Ali Dini Rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei şəhid nüvə alimi Möhsün Fəxrizadənin terror edilməsindən sonra verdiyi mesajın mətni belədir: “Allahın adı ilə Ölkənin qabaqcıl və görkəmli nüvə və müdafiə alimi cənab Möhsün Fəxrizadə cinayətkar və amansız muzdlular tərəfindən şəhid edildi. Bu bənzərsiz elmi şəxsiyyət böyük və davamlı elmi səylərinə görə, əziz və qiymətli canını Allah yolunda fəda etdi. Bu səbəblə ali şəhidlik məqamı onun ilahi mükafatıdır. İki vacib məsələ bütün səlahiyyətlilərin gündəmində ciddi şəkildə olmalıdır. Birincisi, bu cinayətin təqibi və cinayətkarların və cinayət əmrini verənlərin qəti şəkildə cəzalandırılması. İkincisi, şəhidin məşğul olduğu bütün sahələrdə elmi və texniki səylərin göstərilməsidir. Möhtərəm ailəsini və ölkənin elmi ictimaiyyətini və müxtəlif sahələrdəki həmkarlarını və tələbələrini bu şəhadət münasibətiylə təbrik və başsağlığı verir, və Allahdan onun məqamını uca etməsini diləyirəm”. İranlı nüvə fizikası alimi və Müdafiə Nazirliyinin Elmi Tədqiqat Şurasının rəhbəri Möhsün Fəxrizadə noyabrın 27-si Tehranın yaxınlığındakı Dəmavənd bölgəsinin Absərd məntəqəsində terror hücumu nəticəsində şəhid oldu. Oxşar xəbərlər
|