Dinimiz işləməməyə necə münasibət bəsləyir?
Mühüm mövzu ki, aqibətin xeyirli olmasına səbəb olur və insanı şeytanın vəsvəsələrindən qoruyur – fəaliyyətdir və işləmək qabiliyyətidir. O işləri görmək ki, Allah onlardan razıdır və onu təşviq edir.
İnsan bilməlidir ki, insan bədəni buxar qazanına bənzəyir və onun kimi fəaliyyət göstərir. Yəni, insan bədəninin hər bir üzvü enerjini özündə toplayır və sonra onu istifadə edir. Misal üçün, dil enerji toplayır və danışır. Qulaq enerji toplayır və eşidir. Bu iş insanın bədəninin bütün üzvlərində baş verir. Ancaq əgər bu enerji bir yerə yığılsa və öz hədəfi yolunda istifadə olunmasa, partlamaması üçün günah yolu ilə boşaldılar. Müxtəlif günahlar səbəb olar ki, bu enerji hədəfi olmayan yollara sərf olunsun. Ona görə deyə bilərik ki, işsizlik və fəaliyyətsizlik insanın günah etməsinə gətirib çıxardar. İmam Əlidən (ə) gələn hədisdə oxuyuruq: “Əgər sən nəfsini iş görməyə məşğul etməsən, o, səni özünə məşğul edəcəkdir”. Quranda oxuyuruq: “Və insan üçün etdiyi səy və təlaşdan başqa bir şey yoxdur”. (“Nəcm” 39). Hədisdə oxuyuruq: “Allah o mömini ki, bir peşəyə sahibdir və onunla məşğuldur – sevər”. İslam Peyğəmbəri (s) buyurmuşdur: «Allah Təala, bəndəsini halal ruzi qazanmaq yolunda yorğun görməyi sevər». Peyğəmbəri-Əkrəm (s) buyurub: «Öz zəhməti ilə çörək yeyən şəxs, Sirat körpüsündən ildırım kimi keçəcək». İmam Muhəmməd Baqirdən (ə) nəql edilmişdir: «Həzrət Musa (ə) buyurdu: «Ya Rəbb! Bəndələrindən hansı biri Sənin dərgahında daha çox qəzəbinə səbəb olar?». Rəbb buyurdu: «O kəs ki, gecələri ölü kimi yatağında olar və gündüzləri avaraçılıqla keçirər»». Əmirəlmöminin Həzrət Əli (ə) buyurur: «Əgər işlə məşğul olmaq zəhmətə və əziyyətə səbəb olursa, daimi bekarçılıq da nadürüstlüyə və fəsada səbəb olur». İslam Peyğəmbəri (s) buyurur: «Məlundur, qovulmuşdur o kəs ki, öz yaşayış yükünü digərlərinin çiyninə atır». Bu deyilənlərdən belə nəticəyə gəlmək olur ki, işsizlik – dinimiz tərəfindən pislənir və insanın günaha batmasının ən mühüm amillərindən hesab olunur. Ona görə də hər kim günahdan uzaq olmaq istəyirsə, gərək bacardığı qədər səy göstərsin və iş görsün. Gördüyü bu işlər Allahın bəyəndiyi işlər olmalıdır. İnsan əgər iş və səy etməklə məşğul olarsa, günah etmək imkanı azalar və aqibəti xeyirli olar. /Deyerler.org/ Oxşar xəbərlər
|