İran Qarabağın yenidən qurulması üçün təkliflər irəli sürəcək
Mьəllif: admin1
Tarix: 1-12-2020, 11:33
Bцlmə: Xəbərlər
İran Qarabağın yenidən qurulması üçün təkliflər irəli sürəcək
“İran şirkətləri Dağlıq Qarabağın yenidən qurulmasında və bərpasında iştirak etməyə hazırdır”.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran-Azərbaycan Birgə Ticarət Palatasının rəhbəri Hüseyn Pirmüəzzin deyib.

O bildirib ki, pandemiya dövründə İranın iqtisadi münasibətlərini qoruyub saxlaya bildiyi yeganə ölkə bəlkə də Azərbaycan olub: “Belə ki, müştərək gömrüklərimiz bir gün belə bağlanmayıb.

Biləsuvar və Astara gömrükləri bağlanmamaqla yanaşı, ixrac qabiliyyətinin artması da müşahidə olunub.

Pandemiyanın başladığı gündən bəri İranla Azərbaycan arasında iqtisadi əlaqələr davam etdirilib, ancaq iki ölkə arasında vətəndaşların gediş-gəlişi qadağan olunub.

Hazırda gömrük-keçid məntəqələri 24 saatlıq rejimdə işləyir və ixrac ikitərəfli qaydada həyata keçirilir”.

H. Pirmüəzzin qeyd edib ki, indiyədək Qarabağın yenidən qurulmasında iştirakla bağlı İranla danışıqlar aparılmayıb: “Koronavirus pandemiyasına görə bağlanan yolların açılmasından sonra İran Qarabağın yenidən qurulması üçün təkliflər irəli sürəcək.

Azərbaycan və İranın müştərək iqtisadi komissiyasının ilk iclasında bu məsələ ilə bağlı danışıq aparacağıq. Hazırda Qarabağda və sərhəd bölgələrdə fəaliyyət göstərə biləcək İran şirkətlərini toplayırıq”.

O vurğulayıb ki, İran Azərbaycanla bütün sahələrdə, o cümlədən tikinti, iqtisadi, müştərək sənaye şirkətlərin təsis edilməsi sahəsində əməkdaşlıq edə bilər:

“Azərbaycan eyni zamanda, Avrasiya və MDB ölkələrinə ixrac istiqamətində tranzit təyinatı sayılır”.
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031