Ayətullah Misbah Yəzdinin xəstəliyi ağırlaşıb
İmam Xomeyni Təhsil və Tədqiqat İnstitutunun rəhbəri və Xübrəqan Ekspertlər Məclisinin üzvü Ayətullah Məhəmməd Təqi Misbah Yəzdinin səhhəti ilə bağlı açıqlama verib.
Deyerler.org ABNA-ya istinadən xəbər verir ki, açıqlamada bunlar qeyd olunub: “Allah dostlarından olan Ayətullah Misbah Yəzdini sevənlər dəfələrlə sağlamlığı ilə maraqlandılar. İnqilabın və Rəhbərinin bu həqiqi köməkçisinin xəstəliyinin şiddətlənməsi səbəbindən bütün alimlərdən, tələbələrdən, dostlardan və geniş ictimaiyyətdən və onunla maraqlananlardan pak İmamların (ə) nəzarəti altında dərhal və tam şəfası üçün dua etmələrini xahiş edirik”. Ayətullah Məhəmməd Təqi Misbah Yəzdi hicri şəmsi tarixi ilə 1313-cü ildə İranın Yəzd şəhərində dünyaya ğəlib. O, ibtidai hövzə dərslərini Yəzd şəhərində aldıqdan sonra elmini təkmilləşdirmək üçün Nəcəf şəhərinə yollanmışdır, lakin bir çox problemlər səbəbindən ordan ayrılıb, təhsilini davam etdirmək üçün Qum şəhərinə gəlmişdir. Hicri şəmsi 1331-1339-cu illərdə İmam Xomeyninin dərslərindən, Əllamə Təbatəbainin “Əl-Mizan”, İbn Sinanın “Şifa” və Molla Sədranın “Əsfar” kitablarından və təqribən 15 il Ayətullah Behcətin fiqh dərsindən bəhrələnmişdir. O, müxtəlif və çox saylı əsərlərin o cümlədən, İslam fəlsəfəsi, ilahiyyat, əxlaq və İslam sxolastikası elminə aid əsərlərin müəllifidir. Bu əsərlərdən bir neçəsi Azərbaycan dilinə tərcümə edilib. Oxşar xəbərlər
|